🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Unibank Beyləqanda yeni filialını açıb -FOTO

08.09.2025 12:25 1 baxış sayı 2 dəq. oxuma
Unibank Beyləqanda yeni filialını açıb -FOTO

Azərbaycanın aparıcı banklarından olan Unibank KB ASC bölgələrdə müştərilərə daha yaxın olmaq və onlara keyfiyyətli maliyyə xidmətləri təqdim etmək məqsədilə Beyləqan şəhərində yeni filialını istifadəyə verib.

Metbuat.az xəbər verir ki, yeni filial Beyləqan və ətraf rayonların fiziki şəxs olan sakinləri, eləcə də sahibkarlar üçün bütün əsas bank xidmətlərini təqdim edir. Burada müştərilərə kassa-hesablaşma əməliyyatları, biznes krediti və pərakəndə kreditlərin verilməsi, əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, valyuta əməliyyatları və digər bank xidmətləri göstərilir.

Filial yeni konsept əsasında qurulub və yüksək xidmət standartları ilə fəaliyyət göstərir. Müştərilərin rahatlığı üçün filialın qarşısında 24/7 rejimində çalışan UTM və ödəmə terminalları quraşdırılıb. Bu avadanlıqlar vasitəsilə günün istənilən vaxtı mədaxil-məxaric əməliyyatlarını, ödənişləri və digər bank xidmətlərini sürətli və rahat şəkildə həyata keçirmək mümkündür.

Beyləqan şəhərinin mərkəzində- Sevil Qazıyevaküçəsində yerləşən filialı həftənin 5 günü müştərilərin xidmətindədir.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir. Bəzi filiallar isə həftənin şənbə günü də saat 10.00-dan 15.00-dək müştərilərin xidmətindədir.

Unibank- Sənin Bankın!

Paylaş: