Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​Unibank “Payız endirimi” kampaniyasını uzatdı

18.11.2025 12:52 3 baxış sayı 2 dəq. oxuma Metbuat
​Unibank “Payız endirimi” kampaniyasını uzatdı

Unibank mikro sahibkarlığa verdiyi dəstəyi davam etdirərək, mikro bizneslər üçün təqdim etdiyi “Payız endirimi” kampaniyasının müddətini uzadıb. Bu təşəbbüs ölkədə sahibkarlığın inkişafına birbaşa dəstək məqsədi daşıyır. Mikro sahibkarlar indi noyabrın 30-dək 50 000 AZN-dək mikro kreditlər üzrə dörd fərqli güzəşt paketi arasından seçim edə bilərlər. Bu kreditlər, sahibkarların xüsusi ehtiyaclarına uyğunlaşdırılaraq, onların fəaliyyətini mövsümi olaraq dəstəkləməyi hədəfləyir.


Bu kampaniya çərçivəsində təklif olunan endirim paketləri biznesin maliyyə yükünü azaltmağa yönəlib. Sahibkarlar bu paketlərdən birini seçməklə, bizneslərini daha sərfəli maliyyələşdirmə şərtləri ilə inkişaf etdirmək imkanı qazanırlar. Paket 1 cari illik faiz dərəcəsinə 4%-dək endirim təmin edir. Paket 2 sahibkarlara, fəaliyyət sahəsindən asılı olaraq, 12 ayadək güzəşt müddəti təklif edir. Maliyyə xərclərini minimuma endirən Paket 3 isə 0% komissiya ilə verilir. Nəhayət, sonuncu Paket 4 mikro sahibkarlar üçün zaminsiz kredit imkanı yaradır.


Unibank sahibkarların maliyyə resurslarına daha rahat və əlçatan yolla çatmasını təmin etməkdə qərarlıdır. Öz biznes planlarını gerçəkləşdirmək istəyən mikro sahibkarlar bu kampaniyadan faydalanmaq üçün bankın ölkə daxilindəki filiallarına müraciət edə bilərlər. Bu filiallara Sumqayıt, Xırdalan, Əcəmi, İnşaatçılar, Əhmədli, Bakıxanov, Mərdəkan, Nərimanov, Neftçilər, Sədərək, Quba, Xaçmaz, Şəki, İsmayıllı, Bərdə, Şəmkir, Gəncə, Kəpəz, Tovuz, Mingəçevir, Salyan, Beyləqan və Lənkəran daxildir.


T
Əmək bazarı analitiki

Əmək bazarı, məşğulluq və əmək haqları mövzularında ixtisaslaşmışam. Əhalinin rifahı ilə bağlı məsələlər vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: