
Verdiyim sözü tutduğum üçün xoşbəxtəm - Kaxaber Tsxadadze

"Ötən mövsüm I Liqaya düşdüyümüz zaman çətinliklərlə qarşılaşacağımızı bilirdik, amma buna baxmayaraq, əlimizdən gələni etdik və layiq olduğumuz yerə qayıdırıq".
Metbuat.az xəbər verir ki, bunu jurnalistlərin suallarını "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze cavablandırarkən deyib.
"Azərbaycan Premyer Liqasına vəsiqə qazanmaq bizim əsas hədəflərimizdən biri idi və buna nail olduq. Futbolçularıma bunun üçün təşəkkür edirəm. Aşağı liqada stadionlarda böyük problemlərin olmasına baxmayaraq, mən və köməkçilərim "Qəbələ"də qalmağa qərar verdik. Biz burada qalarkən üzləşəcəyimiz çətinliklərdən xəbərdar idik. Buna baxmayaraq, verdiyimiz sözü tuta bildiyimiz üçün xoşbəxtəm. Bundan sonrakı hədəfimiz komandaya yeni futbolçular cəlb etmək və Premyer Liqaya daha güclü heyətlə çıxmaqdır".
Qeyd edək ki, "Qəbələ" səfərdə "Baku Sportinq"i 5:0 hesabı ilə məğlub edərək sona yeddi tur qala Premyer Liqaya vəsiqəni təmin edib.
Oxşar xəbərlər

Google-dan Android Cihazlarına Yeddi İl Yeniləmə S...
Texnologiya xəbərləri

"Qəbələ" liderliyə yüksəldi - I Liqa
Bugun.az

"Ordumuzun gəldiyini Şuşa türməsində eşitdim" -
Son Xeberler

Tramp və xanımı koronavirusa yoluxub
Son Xeberler

Çalhanoğlu Türkiyə nəhənginə transfer olur? - "Şər...
Bugun.az

"3 ay efirə çıxan qızın 10 sponsoru var" - Nisə Qa...
Şou Xəbər