
Vergilərin artması yeni iqtisadi risklər yarada bilər - Ekspert

Son dövrlərdə ölkədə vergi dərəcələrinin artırılması məsələsi gündəmdədir. Bu cür dəyişikliklər həm sahibkarlar, həm işçilər, həm də ümumi iqtisadi fəaliyyət üçün yeni şərtlər yarada bilər. Bəs bu dəyişikliklər ölkədə ümumi iş şəraitinə necə təsir göstərəcək?
İqtisadçı ekspert Günay Hüseynova açıqlamasında bildirib ki, vergi artımları inflyasiyanın sürətlənməsinə və qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Belə bir vəziyyət ölkədə ümumi iş şəraitinə ciddi təsir göstərə bilər və yeni iqtisadi risklər meydana gətirər. Ekspertə görə, bu, bazarda qiymət artımları dalğasını gətirəcək və sahibkarların fəaliyyəti üçün yeni maneələr yarada bilər.
Hüseynova həmçinin xəbərdarlıq edir ki, vergi dərəcələrinin artması qeyri-rəsmi işçi işlətmək hallarının daha da genişlənməsinə gətirib çıxaracaq. Bundan başqa, satışlar zamanı vergidən yayınma ilə həyata keçirilən əməliyyatlar da çoxalacaq. Biz bilirik ki, mövcud vəziyyətdə də bu kimi hallar mövcuddur. Nə qədər monitorinqlər aparılsa da, təəssüf ki, bu neqativ hallar tamamilə aradan qaldırılmayıb. Lakin vergi dərəcələrinin artırılması, bu cür halların daha geniş vüsət alması üçün şərait yarada bilər. Bu isə dövlətin büdcə gəlirlərini artırmaq cəhdinin əksinə, kölgə iqtisadiyyatının güclənməsi ilə nəticələnə bilər.
Vergi siyasəti və dövlət büdcəsi haqqında yazıram. Rəqəmlərlə işləməyi xoşlayıram və bunu oxuculara anlaşıqlı şəkildə çatdırmağa çalışıram.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Gürcüstanda Rusiyayönümlü Hakimiyyətin Qüvvətlənmə...
KIBRIT MEDIA

Elektrikli Avtomobillər: Növbəti 2 İldə Partlama E...
Texnologiya xəbərləri

Bu ixtisaslarda ballar arta bilər -Abituriyentləri...
Bugun.az

Dollarla bağlı mühüm QƏRAR VERİLDİ
Son Xeberler

9,5 trilyon dollarlıq iqtisadiyyat çökə bilər - Mə...
Bugun.az

RTX 4060 və 4070-in istehsalı dayandırıla bilər?
Texnologiya xəbərləri


