
“WhatsApp”da mesaj yazmaq üsulu dəyişdi - Belə olacaq

“WhatsApp” istifadəçi təcrübəsini artırmaq üçün yenilik üzərində işləyir.
Metbuat.az xəbər verir ki, yeni funksiya istifadəçilərə süni intellektlə işləyən kömək təklif edir. Yenilik Tətbiqin iOS beta versiyasında müşahidə edilib. Məlumata görə, bu köməkçi istifadəçilərə göndərdikləri mesajlarda kömək edir. Bildirilir ki, istifadəçi qaralama yaradır və AI qaralamadakı səhvləri aradan qaldırır mətni anlaşılan, göndərilə bilən mesaj edir. “WhatsApp”ın yeni funksiyasından istifadə etmək olduqca sadədir.
İstifadəçilər mesaj yazmağa başlayanda stiker işarəsinin karandaş ikonasının dəyişdiyini müşahidə edəcəklər. Ona toxunduqdan sonra MetaAI ilə işləyən yazı köməkçisi aktivləşəcək. İstifadəçilər onlara təqdim olunan təkliflərdən birini seçib çata göndərə biləcəklər.
Oxşar xəbərlər

WhatsApp Səs Mesajlarında Yenilik!
Texnologiya xəbərləri

WhatsApp Yeni Xülasə Xüsusiyyəti ilə Gəldi!
Texnologiya xəbərləri

“WhatsApp”da mesaj pəncərəsi dəyişdi - Yenidən yü...
Bugun.az

WhatsApp Səs Mesajlarını Daha da Rahat Edir!
Texnologiya xəbərləri

Google Mesajlar, indi WhatsApp kimi!
Texnologiya xəbərləri

Bu halda "Whatsapp" mesajları üçüncü şəxslər tərəf...
Bugun.az