🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

“WhatsApp” mesajlarında yenilik - Mətnə sıxanda dəyişəcək

24.09.2025 17:25 1 baxış sayı 1 dəq. oxuma
“WhatsApp” mesajlarında yenilik - Mətnə sıxanda dəyişəcək

“WhatsApp” mesajların müxtəlif dillərə tərcümə edilməsi ilə bağlı yeni funksiyanı təqdim edib.

Metbuat.az xəbər verir ki, İOS və Android-ə "tərcümə et" funksiyasının əlavə edilməsi ilə daxil olan mesajlar müxtəlif dillərə tərcümə oluna bilər. İstifadəçilər mesajı tərcümə etmək üçün mətnə uzun sıxaraq saxlaya bilərlər. Yeni funksiya təkcə təkbətək söhbətlərdə deyil, həm də qrup söhbətlərində və kanal yeniləmələrində əlçatan olacaq. Bu, müxtəlif dillərdə danışan istifadəçilər arasında ünsiyyəti asanlaşdıracaq. Dəstəklənən dillərə ingilis, ispan, hind, portuqal, rus və ərəb dilləri daxildir. iOS istifadəçilərinə isə türk dili də daxil olmaqla daha geniş dil seçimi təklif olunur.

“WhatsApp” tərcümə funksiyasının hazırda yalnız mobil cihazlarda mövcud olduğunu, veb və “Windows” proqramları üçün hələlik əlçatan olmadığını bəyan edib.

Paylaş: