Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Xalq artisti ilə insident yaşayan mühafizəçinin məhkəməsi başlayır

03.12.2024 10:25 147 baxış sayı 1 dəq. oxuma Metbuat
Xalq artisti ilə insident yaşayan mühafizəçinin məhkəməsi başlayır

Xalq artisti Ağadadaş Ağayevin balta atdığı “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun da barəsində cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, cinayət işi materialları Binəqədi Rayon Məhkəməsinə göndərilib və hakim Elçin Ağayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 16-a təyin edilib.

Qeyd edək ki, N.Cəlilova Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham verilib.

Cinayət işi üzrə Ağadadaş Ağayev zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, bu hadisə ilə bağlı Ağadadaş Ağayev barəsində də cinayət işi var. Onun cinayət işi ayrıca icraatda hazırda Binəqədi rayon Məhkəməsində baxılır.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: