🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

XİN-dən İran səfirinin iddialarına CAVAB

28.06.2025 09:25 3 baxış sayı 3 dəq. oxuma
XİN-dən İran səfirinin iddialarına CAVAB

"İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin Qərbi Azərbaycan İcması ilə bağlı iddialarını qətiyyətlə rədd edirik".

Metbuat.azxəbər verir ki, bu sözləri Azərbyacan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İranın Ermənistandakı səfirinin Qərbi Azərbaycan İcması ilə bağlı iddialarını şərh edərkən deyib.

O bildirib ki, səfir tərəfindən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qərbi Azərbaycan İcması ilə bağlı İstanbulda qəbul olunmuş qərarların manipulyativ təfsiri, sistematik şəkildə zorakılıq, hədə-qorxu və kobud pozuntularla indiki Ermənistan ərazisindən qovulmuş İcmaya qarşı ədalətin və insan haqlarının qorunması istiqamətində qərarların açıq niyyətini təhrif etdiyi üçün təəccüb və qəzəb doğurur.

"Əgər səfir İƏT-in qəbul etdiyi qərarların mətnindən xəbərsizdirsə, onları diqqətlə oxumağı tövsiyə edərdik. Qərarlar, o cümlədən “İndiki Ermənistan ərazisindən zorla və sistemli surətdə qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququ” adlı qətnamə beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanan danılmaz tarixi faktları əks etdirir. Bu qətnamələr Ermənistanın yalandan təqdim etdiyi və İran səfirinin səsləndirdiyi ərazi iddialarını deyil, didərgin salınmış azərbaycanlıların fundamental hüquqlarının bərpasını tələb edir. Bundan əlavə, qətnamə digər məsələlər yanaşı, Ermənistanın İcmanın fundamental hüquqlarını davamlı olaraq inkar etməsini qınayır.

Səfirin Ermənistanın ehtiyaclarını ödəməyə hesablanmış saxta bəyanatları Qərbi Azərbaycan İcması ilə bağlı qərarları 57 ölkə ilə birlikdə dəstəkləmiş xarici işlər naziri səviyyəsində İstanbulda təmsil olunmuş İran İslam Respublikasının mövqeyi ilə ziddiyyət təşkil etdiyinə görə xüsusilə təhlükəlidir.

Səfirin mütəmadi və sistematik olaraq Azərbaycan əleyhinə təxribat xarakterli çıxışları Azərbaycan və İran arasında münasibətlərə xələl gətirmək məqsədi daşıyır.

Ermənistanın təhriflərinin bu cür şövqlə, Papadan daha çox katolik olmaqla təşviq edilməsi şərəf gətirməyəcək", - o deyib.

Paylaş: