🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

XİN məlumat yaydı

28.07.2025 08:25 1 baxış sayı 1 dəq. oxuma
XİN məlumat yaydı

28 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı aparılıb.

Metbuat.az xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan-Özbəkistan strateji müttəfiqlik əlaqələrindən irəli gələn məsələlər, Özbəkistan Prezidentinin 2 iyul tarixində ölkəmizə həyata keçirdiyi dövlət səfərinin nəticəsində ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq istiqamətində əldə olunmuş razılıqların icrası planları, habelə regional vəziyyət müzakirə olunub.

Telefon danışığı zamanı həmçinin iki ölkənin iştirakı ilə təşkil olunan beynəlxalq tədbirlərə hazırlıq məsələləri nəzərdən keçirilib.

Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş: