
Xırdalanda mənzildə partlayış oldu -VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.
Metbuat.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onbirmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış dalğasının təsirindən iki mənzilə və yaşayış binasının yaxınlığında park edilmiş 4 avtomobilə ziyan dəyib, dörd nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən xəsarət almış şəxslərin təxliyəsi, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər

Xırdalanda partlayış: dağıntılar altından 6 nəfər...
Son Xeberler

Azərbaycanlı aktyorun evində partlayış -
Son Xeberler

Balaca Fatimənin cəsədi dağıntılar altından TAPILD...
Son Xeberler

Daşkəsəndə binada partlayış oldu - Xəsarət alan va...
Bugun.az

Terrorçunun ələ keçirdiyi avtobusda partlayış oldu...
Son Xeberler

Xırdalanda güclü partlayış: Dağıntılar altında qal...
Son Xeberler