
Yamal “Bavariya”ya? - Transferin pərdəarxası məlum oldu

2022-ci ildə “Bavariya” “Barselona”nın futbolçusu Lamine Yamalı transfer etmək istəyib.
Metbuat.az xəbər verir ki, “Bavariya” futbolçunu 5 milyon avroya transfer etməyi nəzərdən keçirib. Lakin menecer Jorge Mendesin müdaxiləsi transferin qarşısını alınıb. BILD nəşrinin məlumatına görə, o vaxtkı idman direktoru Həsən Salihamidziç və menecer Marko Neppe Madriddə Yamalın keçmiş agenti İvan de la Penya ilə gizli görüşlər keçiriblər. Qavini transfer etmək üçün İspaniyaya gələn almanlar, Yamalı da transfer etməyə cəhd ediblər. İddialara görə, “Bavariya” transferi reallaşdırmağa yaxın olub. Lakin agent Xorxe Mendesin gəlişi “Bavariya”nın transferi reallaşdırmasına mane olub. Ardınca “Barselona” futbolçunu əsas komandaya inteqrasiya edərək onun klubda qalmasını təmin edib.
Qeyd edək ki, Lamin Yamal 2023-cü ildə “Barselona” ilə sərbəst qalma məbləği 1 milyard avro olan müqavilə imzalayıb.
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Yamal “El Klasiko”da Tarix Yazdı
Bugun.az

Lamin Yamal Çempionlar Liqasının tarixinə düşdü
Bugun.az

Lamine Yamal "Qızıl Top"da İlin Ən Yaxşı Gənc Futb...
Bugun.az

"Bavariya" Avropanın ən güclüsü oldu
Son Xeberler

"Arsenal"dan fantastik qələbə, "Bavariya" məğlub o...
Bugun.az

Musiala üçün "Bavariya"dan fantastik təklif
Bugun.az


