Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Yeni Çərçivə Sənədi hökumətlə tam razılaşma şəraitində hazırlanacaq - BMT

31.01.2025 12:25 124 baxış sayı 1 dəq. oxuma Metbuat
Yeni Çərçivə Sənədi hökumətlə tam razılaşma şəraitində hazırlanacaq - BMT

BMT və Azərbaycan arasında 2026-2030-cu illəri əhatə edəcək yeni Çərçivə Sənədi hökumətlə tam məsləhətləşmə və razılaşma şəraitində hazırlanacaq.

Metbuat.az xəbər verir ki, bu barədə BMT-nin Regional İnkişafın Koordinasiya Ofisinin (DCO) Dayanıqlı İnkişaf üzrə mütəxəssisi Fioralba Şkodra BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində deyib.

“Çərçivə sənədinin məqsədi Dayanıqlı İnkişaf üçün 2030-cu il gündəliyinin icrasına dəstək olmaqdır. Bu, BMT-nin inkişaf fəaliyyətlərinin planlaşdırılması və həyata keçirilməsi üçün ən vacib alətdir. BMT və Azərbaycan hökuməti arasında 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrası ilə bağlı uğurlu nəticələr əldə edilib”, - deyə F.Skodra qeyd edib.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: