
Zakir Həsənov ali hərbi rütbələr verilən hərbçilərlə görüşdü

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən Müdafiə Nazirliyinin ali hərbi rütbələr verilən hərbi qulluqçuları ilə görüşüb.
Metbuat.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunub.
Hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edən müdafiə naziri onlara Ali Baş Komandanın təbriklərini çatdırıb, gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Təltif olunan zabitlər göstərilən etimada görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib, göstərilən etimadı doğruldacaqlarını əminliklə ifadə ediblər.
Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Zakir Həsənov Yaşar Gülərlə görüşdü
Bugun.az

Zakir Həsənov Aİ-nin Bosniya və Hersoqovinadakı Ko...
Azəri Xəbər
Zakir Həsənov Ordumuzun komando və PUA heyətlərini...
Azəri Xəbər

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib
Azəri Xəbər
Azərbaycan və Slovakiya müdafiə nazirləri görüşüb
Azəri Xəbər

Hikmət Mirzəyevə general-polkovnik rütbəsi verildi
Xəbər Anı


