
Zəvvarların bir qrupu yola düşəcək

Azərbaycanlı zəvvarların bir qrupu Həcc ziyarətinə yola düşəcək.
Metbuat.az xəbər verir ki, bir qrup zəvvar Heydər Əliyev Hava Limanından Həccə gedəcək.
Qeyd edək ki, bu ilk zəvvar qrupudur. Axırıncı qrupun yola düşməsi isə mayın 31-i üçün planlaşdırılır. Əsas Həcc ayinləri iyunun 4-də olacaq. Zəvvarlar gedən kimi ilk ayinlər - Ümreyi Təməttö yerinə yetiriləcək. Sonra isə iyunun 4-nə qədər müstəqil ibadətlər nəzərdə tutulub.
Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayırıb.
Azərbaycanda 6-7 iyun Qurban Bayramı günləri qeyri-iş günü elan edilib.
Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....
Bütün məqalələrə baxınOxşar xəbərlər

Həcc ziyarətinin vaxtı elan olundu
Bugun.az

Tramp İsrail Məclisində!
Son Xeberler

Bu istiqamətdə vaqon sayı artırılır
Bugun.az

Tramp Alyaskaya yola düşdü
Bugun.az

Tramp İsraildə! Netanyahu şəxsən qarşıladı, ilk sö...
Son Xeberler

Qəbul imtahanlarında yüksək bal toplayanların sayı...
Bugun.az