
“Dizayner” vəzifəsi üzrə vakansiya

A+CO OJSC “Dizayner” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
• Şirkətin istehsal etdiyi məhsulların qablaşdırmalarını dizayn etmək və mətbəə üçün çapa hazır vəziyyətə gətirmək;
• Təqdim edilmiş briflərə əsasən sıfırdan qablaşma dizayn etmək;
• Rəqəmsal platformada həyata keçiriləcək reklamlarda vizualları müəyyənləşdirmək və dizayn etmək;
• Promouterlərin brend geyimlərini, şirkətin korporativ geyim formasını və digər korporativ elementlərini dizayn etmək;
• Sosial media şəbəkələri üzrə rəqəmsal postları və digər məzmunları dizayn etmək;
• Banner, buklet və digər vizual materialları hazırlamaq;
• Ən son trendlərdən xəbərdar olmaq.
Tələblər:
• Ali təhsil (Dizayner sahəsi üzrə);
• Qrafik Dizayner sahəsi üzrə ən azı 1 illik iş təcrübəsi;
• Adobe Photoshop, Adobe İllustrator, Adobe İndesign proqramlarından sərbəst istifadə bacarığı;
• Dili bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;
• Yaradıcı, yenilikçi, məsuliyyətli, araşdırma bacarığı.
İş şəraiti:
• İş yeri: Xırdalan şəhəri;
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
• Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Dizayner” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Etiketlər
Oxşar xəbərlər

“Sənədlərlə iş üzrə təcrübəçi” vəzifəsi üzrə vakan...
Edumap.az Təhsil Portalı

"Motion dizayner" vakansiyası
Edumap.az Təhsil Portalı

IT üzrə texniki dəstək operatoru vəzifəsi üzrə vak...
Edumap.az Təhsil Portalı

ALİ VƏ NİNO kitab mağazaları şəbəkəsində vakansiya...
Edumap.az Təhsil Portalı

Qarabağ Dirçəliş Fondu İnformasiya texnologiyaları...
Edumap.az Təhsil Portalı

"EDU COMPANY Təhsil Şirkəti aşağıda göstərilən vak...
Edumap.az Təhsil Portalı