
Edumap.az Təhsil Portalı
2 abunə
İstehlakçıların Hüquqlarının Müdafiəsi şöbəsinə kiçik mütəxəssis vakansiyası
13.12.2024 15:35
169 baxış sayı
3 dəq. oxuma

İstehlakçıların Hüquqlarının Müdafiəsi şöbəsinə kiçik mütəxəssis
Müəssisə: AZ SƏNAYE BANKI ASC
Tələblər:
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan – əla; Rus dili və İngilis dili-arzu olunandır;
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
- Analitik düşünmə qabiliyyəti, təhlil etmə, hesabat vermə, məlumat toplama və problemləri müstəqil həll etmə bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
İş haqqında məlumat:
- Daxil olan müraciətləri qəbul etmək, araşdırmaq, ehtiyac yarandığı təqdirdə digər struktur bölmələrə yönləndirmək və cavablandırmaq;
- Filiallarda yerləşdirilən şikayət qutularının periodik olaraq yoxlamaq, daxil olan müraciətlərin seqmentləşdirilərək cavablandırılması və ya aidiyyatı struktur bölməyə yönləndirilərək cavablandırılmasını təmin etmək;
- Məlumat Mərkəzinə daxil olan zəngləri cavablandırmaq;
- Bank məhsulları və xidmətləri haqqında ümumi məlumat almaq istəyən müştəriləri cavablandırmaq;
- Şikayətçi müştərinin şikayətini dinləmək, qeydə alaraq müvafiq struktur bölməyə yönləndirmək, müştəriyə cavab verilməsini təmin etmək;
- Müraciətlərin araşdırılması məqsədilə aidiyyatı struktur bölmələrlə operativ məlumat mübadiləsi aparmaq, sorğular vermək, aidiyyati sənədləri tələb etmək, onlardan yazılı və şifahi arayışlar və məlumatlar almaq;
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri, Suraxanı rayonu, “Xəyal Adası” (Dreamland)
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər; Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İstehlakçıların Hüquqlarının Müdafiəsi şöbəsinə kiçik mütəxəssis” göstərməyiniz xahiş olunur.
F
Təhsil müxbiri
Təhsil sistemi və təhsil islahatları haqqında yazıram. Müəllim kimi işlədikdən sonra bu sahədə jurnalist oldum.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

"Xidmət istiqamətinin çağrı mərkəzi üzrə mütəxəssi...
Edumap.az Təhsil Portalı
199
16/11 06:32

Azərbaycan Parlamentində Plenar İclas Başladı
Bugun.az
194
29/10 07:25

"Sənədləşmə üzrə kiçik mütəxəssis" vakansiyası
Edumap.az Təhsil Portalı
195
09/11 07:32

Azərbaycan Gürcüstanla istehlakçıların hüquqları i...
Azəri Xəbər
28
20/11 08:47

"Rahat market"də müştəri aldadıldı
Bugun.az
46
18/08 12:25

İki komissiyanın adı dəyişir
Bugun.az
161
06/12 10:25



