🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Məhsul üzrə menecer vakansiyası

06.11.2024 06:55 11 baxış sayı 3 dəq. oxuma
Məhsul üzrə menecer vakansiyası

Məhsul üzrə menecer vakansiyası

 

“Azəri Med QSC” -  Azərbaycanın ən sürətlə inkişaf edən aparıcı tibbi tədarükçülərindən biridir. Son 15 il ərzində dünyanın 40-dan çox ölkəsində səhiyyə şirkətləri ilə əməkdaşlıq edirik və 250-dən artıq saya malik Apteklər Şəbəkəmiz uğurla fəaliyyət göstərir. Biz xəstəxanalar, apteklər və distribyutorları yüksək keyfiyyətli əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və digər məhsullarla təmin edirik. Fəaliyyətimizin mərkəzində insan sağlamlığı dayandığı üçün, böyük məsuliyyət tələb edir və biz peşəkar kadrlarımızın köməyi ilə nəinki Bakıda, həm də Azərbaycanın müxtəlif regionlarında bunun öhdəsindən məharətlə gəlirik. Azəri Med QSC-nin sadə və aydın məqsədi var: insanlara daha yaxşı sağlamlıq yolunda dəstəkçi olmaq!

 

 

Biz peşəkar komandamız üçün  "Məhsul üzrə menecer" axtarırıq


Əgər bu sahədə bilikləriniz və təcrübəniz varsa, namizədliyinizi məmnuniyyətlə dəyərləndirəcəyik!

 

Tələblər:

 

  • Yaş: 25-45;
  • Tibb üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışıq və yazma bacarığı;
  • Bir xarici dil biliyi (rus və ya ingilis) mütləqdir, əlavə xarici dil biliyi üstünlükdür;
  • Komandada işləmə bacarığı;
  • Peşəkar ünsiyyət qurma bacarığı;
  • İnkişafa və öyrənməyə meyilli;
  • MS Office proqramları ilə işləmə bacarığı;
  • Analitik təfəkkür;
  • İşində dəqiq və məsuliyyətli;
  • Yüksək səviyyədə təqdimat bacarığı;

 

Vəzifə öhdəlikləri:

 

  • Məhsulun satışının planlaşdırılması - bazara çıxarılması, mövqeləndirilməsi və inkişafı daxil olmaqla məhsulun həyat dövrünün idarə olunması;
  • Cari bazar tendensiyalarının təhlil edilməsi,  müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və strateji tərəfdaşlıqların təşviq edilməsi;
  • Bazar araşdırmasının aparılması, yeni marketinq üsullarının tətbiq edilməsi, müxtəlif aksiyaların hazırlanıb reallaşdırılması;
  • Satış strategiyasını nəzərə alaraq qısa və uzunmüddətli perspektiv baxımından məhsulun marketinq planlarının işlənib hazırlaması
  • Məhsul üzrə təlimlərin verilməsi və elmi-tibbi bazaya əsaslanan, kliniki-praktik sübuta malik dəstəyin göstərilməsi;
  • Müvafiq şöbələrlə əməkdaşlıq edərək promosiya materiallarının hazırlanması;

 

İş şəraiti:

  • Əmək haqqı: 1600-2000 AZN + Bonus sistemi mövcuddur.
  • İş qrafiki: I-V günlər 09:00-18:00

 

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində  "Məhsul üzrə menecer" qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Etiketlər

Paylaş: