
“Rəqəmsal maarifləndirmə təcrübə proqramı”na qoşul və bu yolda ilk addımını at

“Rəqəmsal maarifləndirmə təcrübə proqramı”na qoşul və bu yolda ilk addımını at
Uğurlu karyera qurmaq və özünü peşəkar şəkildə inkişaf etdirmək istəyirsən?
Elə isə ABB-nin “Rəqəmsal maarifləndirmə təcrübə proqramı”na qoşul və bu yolda ilk addımını at!
Şərtlər isə çox sadədir:
• Ali təhsilli;
• 2023 və 2024-cü illərin bakalavr məzunları, hazırda magistr və sonuncu kurs tələbələri;
• Azərbaycan dili səlis olan (rus dili arzuolunandır);
• Yüksək kommunikasiya bacarığına, komanda işində təcrübəyə və analitik düşüncəyə malik olan şəxslər müraicət edə bilər.
Bu təcrübə proqramına qoşulduqda:
• Müştəri xidməti strukturlarına yaxınlaşan müştərilərin qarşılanması və yönləndirilməsi;
• ABB Mobil və ABB Biz tətbiqləri üzrə müştərilərə dəstək göstərilməsi;
• Yeni kampaniyalarla bağlı müştərilərə məlumatların təqdim olunması;
• Debet kartların onlayn sifariş olunmasında dəstək göstərilməsi üzrə təcrübə əldə edəcəksən.
Həm praktiki biliklər əldə etmək, həm də komanda işində unikal təcrübə qazanmaq fürsətini qaçırmaq istəmirsənsə, karyera platformamıza keçid et, elə indi qeydiyyatdan keç!
Etiketlər
Oxşar xəbərlər

Marketinq Agentliyində 3 aylıq təcrübə proqramı
Edumap.az Təhsil Portalı

Tələbələr üçün təcrübə proqramı elan edir
Edumap.az Təhsil Portalı

Matrix Academy Təcrübə proqramı elan edir
Edumap.az Təhsil Portalı

atb zəng mərkəzində "səsiniz bankdan gəlsin" təcrü...
Edumap.az Təhsil Portalı

Baş Mühasib vakansiyası
Edumap.az Təhsil Portalı

PashaPay şirkəti gənclər üçün təcrübə proqramı çə...
Edumap.az Təhsil Portalı