"Sətəm üzrə mütəxəssis" vakansiyası
"OBA Market MMC" `də "Sətəm üzrə mütəxəssis" vakansiyası aktivdir!
Ümumi məlumat
OBA Marketlər şəbəkəsi "Sətəm üzrə mütəxəssis" vakansiyası üzrə işə qəbul elan edir!
Maraqlanan namizədlər öz CV-lərini e-mailin mövzu hissəsində “Sətəm üzrə mütəxəssis” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilər yaxud qeyd olunan əlaqə nömrəsinə müraciət edə bilərlər.
Öhdəliklər
- İş yerlərində əməyin mühafizəsinin düzgün yerinə yetirilməsinə nəzarət etmək;
- İş yeri sahələrinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırılmasını təşkil etmək.
- Bədbəxt hadisələrin təhqiq olunmasında iştirak etmək və İZ formalı aktı tərtib etmək.
- Şöbə müdirinin,dövlət nəzarət orqanlarının göstərişlərinin yerinə yetirilməsi,nəzarət nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə müvafiq tədbirlər həyata keçirmək.
- İş yerlərində əməyin təhlükəsizliyi üzrə nişanların (xəbərdaredici,göstərici və s.) və lövhələrin siyahısını tərtib etmək.
- Əməyin təhlükəsizliyi üzrə təlim proqramının təşkilində iştirak etmək və təsdiq olunmuş proqram üzrə işçilərə təlimlər keçmək;
- Qurğu və avadanlıqların vaxtaşırı sınaqlarının, qoruyucu və fərdi mühafizə vasitələrinə, qurğulara texniki baxışın keçirilməsinə nəzarət etmək;
- İşçilər və bilavasitə işə rəhbərlik edən şəxslər tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət etmək;
- Müəssisədə istismar olunan yüksək təhlükəli obyekt və avadanlıqların, habelə təhlükəsizlik və nəzarət cihazlarının texniki vəziyyəti barədə sənədləşdirmənin düzgün aparılmasına nəzarət etmək;
- İstehsalat sahələri üçün əməyin mühafizəsi məsələlərinə aid normativ texniki sənədlərin alınması üçün tələbnamə tərtib etmək;
- İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunması və FMV-dən düzgün istifadə olunmasına nəzarət etmək.İş yerlərində risk analizi aparmaq, risklərin idarə olunması üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
- Struktur rəhbərlərinin işçilərə ilkin və təkrar təlimat keçmələrinə nəzarət etmək, təlimatların qeyd jurnallarının vəziyyətini yoxlamaq;
- Əməyin və ətraf mühitin mühafizəsi norma və qaydaları üzrə aşkar etdiyi pozuntuların aradan qaldırılması barədə bütün vəzifəli şəxslərə və mütəxəssislərə icrası məcburi olan göstərişlər vermək.
Tələblər
· Təhsil səviyyəsi: Ali
· İş təcrübəsi: müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
· Müvafiq qanunvericilik aktları və normalarını üzrə biliklər;
Avtomobilin olması üstünlükdür.
· Müvafiq sahə üzrə Sertifikatlar arzuolunandır;
· Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqlarıMəsuliyyətli, çevik, stressə dözümlülük səriştələri
Etiketlər
Oxşar xəbərlər
"Xidmət istiqamətinin çağrı mərkəzi üzrə mütəxəssi...
Edumap.az Təhsil Portalı
İşaxtaranların nəzərinə!
Edumap.az Təhsil Portalı
Kreditlərin Rəsmiləşdirilməsi üzrə Aparıcı mütəxəs...
Edumap.az Təhsil Portalı
"Sənədləşmə üzrə kiçik mütəxəssis" vakansiyası
Edumap.az Təhsil Portalı
Daxili satınalma üzrə mütəxəssis vakansiyası
Edumap.az Təhsil Portalı
Marketinq üzrə mütəxəssis " vakansiyası
Edumap.az Təhsil Portalı