Təlim üzrə mütəxəssis vakansiyası
Rossmann Azerbaijan olaraq İnsan Resursları komandamıza Təlim üzrə mütəxəssis axtarışındayıq!
Əsas Vəzifələr:
Məhsulları üzrə təlim proqramlarını hazırlamaq və həyata keçirmək.
Satış komandası və mağaza işçilərinə məhsulların xüsusiyyətləri və istifadəsi haqqında təlimlər keçmək.
Məhsullarla bağlı yenilikləri və kampaniyaları komanda ilə paylaşmaq.
Təlim materiallarının hazırlanması (prezentasiyalar, video təlimlər, təlimat kitabçaları və s.).
Təlimlərin nəticələrini izləmək və satış göstəricilərinə təsirini analiz etmək.
Müştərilər və tərəfdaşlarla məhsul təqdimatları və görüşlər keçirmək.
Təlimlərin planlaşdırılması və loqistikası üzrə təcrübə.
Qrup dinamikalarını idarə etmək və iştirakçılarla effektiv işləmək bacarığı.
Şirkət dəyərlərinə uyğun təlim materialları hazırlamaq. (Orientasiya təlimi və s)
Namizədə Tələblər:
Təhsil və Təcrübə:
Ali təhsil (marketinq, biznes idarəçiliyi, pedaqogika və ya əlaqəli sahələr üzrə).
Təlim, satış və ya məhsul təqdimatı sahəsində ən azı 2-3 il təcrübə (pərakəndə satış və kosmetika sahəsi üstünlükdür).
Bacarıqlar:
Məhsul xüsusiyyətlərini sadə və anlaşılan formada izah etmək bacarığı.
Təlim planlaşdırma və təqdimat bacarığı.
Auditoriya ilə interaktiv təlim keçmək və iştirakçıları cəlb etmək.
Təlim nəticələrini analiz etmək və hesabat hazırlamaq.
Komanda ilə effektiv işləmək və təşkilati bacarıqlar.
Texniki Bacarıqlar:
MS Office proqramlarını (xüsusən PowerPoint) yüksək səviyyədə istifadə etmək.
Təlim platformaları və e-öyrənmə sistemləri ilə tanışlıq.
Dil Bilikləri:
Azərbaycan dilində sərbəst danışıq və yazı.
İngilis və ya rus dili bilikləri üstünlükdür.
Şəxsi Keyfiyyətlər:
Enerjili, təşəbbüskar və yaradıcı yanaşma.
Yüksək məsuliyyət və təşkilatçılıq bacarığı.
İnsanlarla asanlıqla ünsiyyət qurmaq və komandada işləmək bacarığı.
Üstünlüklər:
Rossmann məhsulları haqqında mükəmməl məlumatlanmaq imkanı.
Səyahət etmək və müxtəlif filiallarda təlim keçmək.
Şirkət daxilində inkişaf perspektivləri.
Təminatlar:
• Nahar və servis ilə təmin edilmə
• Tibbi sığorta
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı
• 5 günlük tam iş qrafiki
• Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Təlim üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] ünvanına göndərə bilərlər.
Etiketlər
Oxşar xəbərlər
"Xidmət istiqamətinin çağrı mərkəzi üzrə mütəxəssi...
Edumap.az Təhsil Portalı
İşaxtaranların nəzərinə!
Edumap.az Təhsil Portalı
Kreditlərin Rəsmiləşdirilməsi üzrə Aparıcı mütəxəs...
Edumap.az Təhsil Portalı
"Sənədləşmə üzrə kiçik mütəxəssis" vakansiyası
Edumap.az Təhsil Portalı
"Təlim və inkişaf üzrə mütəxəssis" vakansiyası
Edumap.az Təhsil Portalı
"Sətəm üzrə mütəxəssis" vakansiyası
Edumap.az Təhsil Portalı