
Ermənistanda əsgər ölümü ilə bağlı iki hərbçi saxlanılıb

Ermənistanda əsgər ölümü ilə bağlı iki hərbçi saxlanılıb.
Metbuat.az-ın verdiyi xəbərə əsasən, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, əsgər Jora Karapetyanı intihara sürükləməkdə şübhəli bilinən iki hərbçi həmkarı saxlanılıb.
İlkin istintaqın nəticələrinə əsasən, əsgərin intiharına digər hərbçilərin ona qarşı təzyiq göstərmələri səbəb olub.
Xatırladaq ki, bu gün Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Jora Karapetyanın qeyri-müəyyən şəraitdə ölümcül güllə yarası alması barədə məlumat yayılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Erməni hərbçilərinin cəsədləri burada saxlanılırmı...
Son Xeberler

Ermənistanda 3 günlük matəm elan olundu
Son Xeberler

Qarabağda tapılan erməni hərbçilərin meyitlərinin...
Son Xeberler

Ermənistanda yoluxma sayı 92 mini ötdü
Son Xeberler

Əsgər anası terrorçu Arayik Arutunyanı ifşa etdi
Son Xeberler

Şok: Cəbhədən qayıdan əsgər valideyinlərini XATIRL...
Son Xeberler