
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.
Başsağlığında deyilir: “Bölgədəki terror təhlükəsini zərərsizləşdirmək, ərazidə yaşayan mülki insanları terror hücumlarından və təhdidlərindən qorumaq məqsədilə qardaş Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Pençe-Kilit” antiterror əməliyyatlarının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbərləri məni çox kədərləndirir.
Sizin acınız bizim də acımızdır.
Şəhid hərbi qulluqçulara rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.
Allah rəhmət eləsin".
Etiketlər
Oxşar xəbərlər

Zakir Həsənov Türkiyəyə getdi
Son Xeberler

Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı ver...
Son Xeberler

Zakir Həsənov Moskvaya gedir Moskvaya gedir
Son Xeberler

Zakir Həsənov Rusiya sülhməramlılarının komandanı...
Son Xeberler

Zakir Həsənov ordu ilə bağlı tapşırıqlar verdi
Bugun.az

Zakir Həsənov TƏBİB-in əməkdaşlarını təltif etdi
Son Xeberler