Xəbər İcmalı - 11.04.2026

icmal

Saat 12:00 - Xəbər İcmalı

ABŞ və İran arasında tarixi danışıqlar İslamabadda başlayır. Pakistanın paytaxtı İslamabadda ABŞ və İran arasında kritik müzakirələr üçün hazırlıqlar tamamlanıb. Danışıqların Bakı vaxtı ilə saat 13:00-da Serena Otelində başlaması nəzərdə tutulur. ABŞ heyətinə Vitse-Prezident JD Vance başçılıq edir. Vance və onun nümayəndə heyəti üç təyyarə ilə İslamabad yaxınlığındakı Nur Khan Hava Bazasına eniş edib. Danışıqların bir gündən artıq davam edə biləcəyi ehtimal olunur. Görüşmə üçün İslamabadda geniş təhlükəsizlik tədbirləri görülüb.


Pakistan danışıqların konstruktiv nəticə verəcəyinə inanır. Pakistanın Xarici İşlər Naziri Məhəmməd İshaq Dar bildirib ki, Vaşinqton və Tehranın konstruktiv dialoq aparacağına ümid edir. Dar vurğulayıb ki, Pakistan tərəflərin dayanıqlı sülh müqaviləsi imzalamasında köməklik göstərməyə davam edəcək və vasitəçilik səylərini artıracaq.


Ukrayna Rusiyadakı neft obyektlərinə hücum edib. Ukrayna Silahlı Qüvvələri Rusiyanın Tver və Krasnodar diyarlarındakı neft bazasına və neft kəmərinin nəql stansiyasına zərbə endirib. Bu barədə Ukraynanın Dezinformasiyaya qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko sosial şəbəkə hesabında məlumat yayıb.


Azərbaycan Ermənistana 887 ton dizel yanacağı göndərib. Bu gün Azərbaycandan Ermənistana 15 vaqondan ibarət 887 ton dizel yanacağı yola salınıb. Göndəriliş işğal dövründən sonra iki ölkə arasında açılan tranzit dəhlizinin fəaliyyətinin davamıdır.


Quba rayonunun Aydınkənd kəndində torpaq sürüşməsi baş verib. Son günlərdə intensiv yağışlar nəticəsində rayon mərkəzindən 40 kilometr aralıda yerləşən dağlıq kənddə ciddi sel və torpaq sürüşməsi qeydə alınıb. Bir neçə yaşayış evinə zərər dəyib, evlərin divarlarında çatlar meydana gəlib, bəzi dam örtükləri ağır zədələnib.


Uganda Baş Qərargah rəisi İsrailə dəstək açıqlayıb, Türkiyəyə hədə-qorxu gəlib. Uqanda Baş Qərargah rəisi Muhoozi Kaineruqaba sosial şəbəkədə İsrailə açıq dəstəyini elan edib, eyni zamanda Türkiyəyə qarşı sərt ifadələr işlədib. Bu açıqlamalar xarici siyasət dairələrində geniş reaksiyaya səbəb olub.