Xəbər İcmalı - 17.04.2026

icmal

Saat 11:00 - Xəbər İcmalı

Interpol tərəfindən 196 ölkədə axtarışda olan azərbaycanlı saxlanılıb. Qızıl qaçaqmalçılığı cinayəti ilə bağlı Interpol tərəfindən "qırmızı bülleten"lə axtarışda olan 38 yaşlı İnqilab Babayev İstanbulda polis əməkdaşlarının uzunmüddətli təqibindən sonra saxlanılıb. Türkiyə mediasının məlumatına görə, dəstə başçısı təşkilatlandırılmış qiymətli zinət əşyalarının qaçaqmalçılığı ilə məşğul olub.


Yaxın Şərqin enerji sektorunun bərpası təxminən 2 il çəkəcək. Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol regionda enerji istehsal həcmlərinin münaqişədən əvvəlki səviyyəyə qayıtması üçün təxmini vaxt açıqlayıb. Birolun sözlərinə görə, bərpa dövrü ölkələrin inkişaf səviyyəsi və infrastruktur vəziyyətindən asılı olaraq dəyişəcək. Bu proqnoz Hörmüz boğazı ətrafındakı gərginliyin davam etdiyi fonunda xüsusi əhəmiyyət daşıyır.


Olimpiya çempionu Hidayət Heydərov Avropa çempionatına qələbə ilə başlayıb. Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatında 73 kq çəki dərəcəsində yarışan Heydərov 1/16 finalda yunanıstanlı rəqibi Konstantinos Tsaparası ipponla məğlub edib. Son olimpiya çempionu olan azərbaycanlı idmançı turnirdə medallar uğrunda mübarizəsini davam etdirir.


İtaliyanın Napoli şəhərində bankda silahlı soyğun baş verib. Credit Agricole Bankının filialında günün günorta saatlarında ən azı üç nəfərlik silahlı qrup 25 nəfəri - bank işçiləri və müştəriləri rehingirə götürüb. Soyğunçular əməliyyatdan sonra yeraltı tunellərdən istifadə edərək hadisə yerindən qaçıblar.


Sosial ödənişlər üzrə əhaliyə 2,6 milyard manatdan çox vəsait ödənilib. Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, 2026-cı ilin yanvar-mart aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə toplam 2 614,8 milyon manat vəsait ödənilib. Milli Məclisin sədri Sahibə Qafarova isə Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində İstanbulda keçirilən ümumi müzakirələrə sədrlik edib.