Xəbər İcmalı - 28.04.2026

icmal

Saat 11:00 - Xəbər İcmalı

Kral 3-cü Çarlz və Kraliça Kamilla ABŞ-a rəsmi səfərə başlayıb

İngiltərə Krallığının 3-cü Çarlz və Kraliça Kamilla üç günlük Amerika Birləşmiş Ştatlarına rəsmi səfərini başlayıb. Bu səfər, 2007-ci ildə Kraliça 2-ci Elizabet tərəfindən həyata keçirilən səfərdən sonra ABŞ-a rəsmi səviyyədə aparılan ilk səfərdir. Səfər ABŞ-ın Britaniyadan müstəqilliyinin 250-ci ildönümü ərəfəsində baş tutur.


Trampa sui-qəsd cəhdində şübhəli məhkəməyə çıxarılıb

Vaşinqtonda ABŞ Prezidenti Donald Trampa qarşı baş vermiş silahlı hücum hadisəsində şübhəli Koul Tomas Allen məhkəməyə çıxarılıb. O, sui-qəsd cəhdi də daxil olmaqla üç fərqli cinayətlə ittiham olunub. Hadisə 25 aprel şənbə günü Ağ Saray Mətbuat Assosiasiyasının tədbirində baş verib və təhlükəsizlik sistemlərinə ciddi sual işarələri yaradıb.


Qəbul imtahanı üçün qeydiyyat başa çatır

Azərbaycanda qəbul imtahanının birinci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyat müddəti sona çatır. Dövlət İmtahan Mərkəzinin 28 aprel saat 10:30-a olan statistikasına görə, ümumilikdə 89 571 abituriyent qeydiyyatdan keçib.


Dünya hububat istehsalında rekord gözlənilir

Beynəlxalq Hububat Şurası yeni hesabatını açıqlayıb. Məlumata görə, 2025/2026-cı ilin tədviri ilində dünya hububat istehsalı tarixən ən yüksək səviyyəyə - 2 milyard 474 milyon tona çatacaq. Bu, keçən mövsümə nisbətən 145 milyon ton artım deməkdir.


Azərbaycanda yeni seysmik xəritələr hazırlanacaq

Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Adil Abdullayev bildirib ki, yaxın zamanda Bakı, Sumqayıt və Abşeron rayonlarını əhatə edən yeni seysmik xəritələr hazırlanacaq. Açıqlama "Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda keçirilən respublika konfransında edilib.


Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzi yaradılacaq

İspaniyanın IE Universiteti ilə strateji tərəfdaşlıq çərçivəsində Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb. Sənədə elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf imza atıb.