Xəbər İcmalı - 01.05.2026

icmal

Saat 7:00 - Xəbər İcmalı

Niderlandda vəliəhd şahzadəyə sui-qəsd planı ifşa olunub. Niderlandın hüquq-mühafizə orqanları vəliəhd şahzadə Amaliya və onun bacısı şahzadə Aleksiyaya qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxsi saxlayıb. Prokurorluğun açıqlamasına görə, 33 yaşlı Haaqa sakini sui-qəsd hazırlığına hələ fevral ayından başlayıb. Şübhəlinin evində axtarış keçirilib.


ABŞ-də məktəbdə bıçaqlı hücum baş verib. Vaşinqton ştatının Takoma şəhərindəki Henri Foss adlı məktəbdə bıçaqlanma hadisəsi nəticəsində dörd şagird və bir mühafizəçi olmaqla beş nəfər yaralanıb. Hadisə barədə məlumatı CBS News polis və yanğın xidmətinə istinadən yayıb.


Suriyədə Əsəd rejiminin yüksək rütbəli məmuru ilk dəfə məhkəmə qarşısına çıxarılıb. Şamda keçən bazar günü devrilmiş Əsəd idarəsinin siyasi təhlükəsizlik və istintaq dairəsinin keçmiş başçısı Atəf Nəcib "Suriya xalqına qarşı cinayət" ittihamı ilə mühakimə olunmağa başlayıb. Bu, 2024-cü ilin dekabrında rejimin devrilməsindən sonra ilk belə məhkəmə prosesidir.


OPEK Azərbaycanın qaz ehtiyatlarına dair qiymətləndirməsini açıqlayıb. Təşkilatın hesabatına görə, Azərbaycanın sübut olunmuş təbii qaz ehtiyatları 2025-ci ildə 2,6 trilyon kubmetr səviyyəsindədir. Bu göstərici 2021-ci ildən dəyişməz qalır. Ölkədə əmtəəlik təbii qaz hasilatı isə davamlı artım nümayiş etdirir.


Fitch Ratings ABŞ-nin maliyyə vəziyyəti ilə bağlı xəbərdarlıq edib. Beynəlxalq reytinq agentliyi ABŞ-nin dövlət borcunun 2027-ci ilə qədər ÜDM-in 120 faizini keçə biləcəyini proqnozlaşdırır. Hesabata görə, ölkənin büdcə kəsiri bu il və gələn il ÜDM-in 7,9 faizi səviyyəsində olacaq.


Süni intellekt şirkəti Anthropic 900 milyard dollarlıq qiymətləndirmə ilə fond toplama raundunu tamamlamaq üzrədir. Məlumata görə, şirkətin son investisiya raundu təxminən 50 milyard dollar həcmində olacaq və iki həftə ərzində başa çatması gözlənilir. Anthropic investor təqdimatları üçün iki günlük müddət müəyyənləşdirib.