Saat 10:00 - Xəbər İcmalı
Almaniya ABŞ-ın əsgər çıxarmasına hazır olduğunu bildirib. Almaniya Müdafiə Naziri Boris Pistorius ABŞ-ın ölkədən 5 min əsgəri geri çəkmək qərarını gözlənilən addım kimi qiymətləndirib. Pistorius bu addımın sürpriz olmadığını, lakin Transatlantik əməkdaşlığın davam etməsinin kritik əhəmiyyət daşıdığını vurğulayıb. Nazir Avropanın öz müdafiəsini güclənndirməli olduğunu bildrib.
İran ABŞ-a Pakistanın vasitəçiliyi ilə danışıq təklif edib. İran Xarici İşlər Nazirliyinin birinci müavini Kazım Qəribabadi ölkəsinin Pakistan vasitəsilə Amerikaya danışıq təklifi göndərdiyini açıqlayıb. Qəribabadi İranın diplomatiya yolu ilə və ya başqa vasitələrlə milli maraqlarını və təhlükəsizliyini qoruya biləcəyini vurğulayıb. Bu açıqlama Hörmüz boğazında ABŞ-İran gərginliyinin davam etdiyi bir dövrdə gəlib.
Trump Hörmüz boğazındakı əməliyyatları "korsan əməliyyatı" adlandırıb. ABŞ Prezidenti Donald Trump Floridanın Palm Beach şəhərində keçirilən tədbirə çıxış edərək ABŞ Donanmasının İrana qarşı tətbiq etdiyi dəniz blokadası barədə danışıb. Trump bu əməliyyatları "korsan əməliyyatı" kimi xarakterizə edib.
Qazaxıstanın dövlət istiqrazlarına xarici investisiyalar 5 milyard dollara çatıb. Qazaxıstanın dövlət istiqrazlarına qeyri-rezident investisiyaları son altı ayda ikiqat artaraq 5 milyard dollar səviyyəsinə yüksəlib. Bu artım mərkəzi bankın proqnozlaşdırıla bilən siyasəti və tənzimləyici orqanlara yüksək etimad nəticəsində mümkün olub.
Kenyada güclü yağışlar 10 nəfərin ölümünə səbəb olub. Kenyada baş verən şiddətli yağışlar ölkənin müxtəlif bölgələrində sel və torpaq sürüşmələrinə yol açıb. Təbii fəlakət nəticəsində 10 nəfər həyatını itirib, körpülər daxil olmaqla infrastruktura ciddi ziyan dəyib.
BƏƏ hava sahəsində normal fəaliyyəti bərpa edib. Birləşmiş Ərəb Əmirlikləri Mülki Aviasiya orqanı hava sahəsində əvvəllər tətbiq edilən müvəqqəti məhdudiyyətləri ləğv edib və hava nəqliyyatının adi iş rejiminə qayıtdığını rəsmən açıqlayıb.