Saat 11:00 - Xəbər İcmalı
İran Hürmüz Boğazını bağlamaqla hədələyir. İran Milli Məclisinin Birinci Vitse-Spikeri Ali Nikzad Hürmüz Boğazı üzərində 12 maddədən ibarət yeni idarəetmə planının qəbul olunduğunu elan edib. Nikzad Bandar Abbas şəhərində keçirdiyi ziyarət zamanı planın detallarını açıqlayıb. Yeni plana görə, İsrail gəmilərinə boğazdan keçid imkanı verilməyəcək. Bu addım regionda gərginliyi daha da artıra bilər.
Trump İranın sülh təklifini rədd edib. Əvvəlki saatda İranın Pakistanın vasitəçiliyi ilə ABŞ-a danışıq təklif etdiyi xəbər verilmişdi. İndi isə ABŞ Prezidenti Donald Trump sosial media hesabından İranın yeni sülh planını qəbul etməyəcəyini bildrib. Trump İranın təklifini tezliklə araşdıracağını, lakin son 47 il ərzində İranın insanlığa və dünyaya qarşı hərəkətlərini əsas gətirərək planı rədd edib.
Küba ABŞ-ın hədələrinə cavab verib. Küba Dövlət Başçısı Migel Dias-Kanel ABŞ Prezidenti Donald Trampın ölkəni "qısa müddətdə nəzarətə alacağı" iddiasına sərt reaksiya göstərib. Kanel sosial media hesabından "Nə qədər güclü olursa olsun, heç bir təcavüzkar Kübanı təslim etdirtə biləməyəcək" deyə yazıb.
Əlcəzairdə sel fəlakəti baş verib. Əlcəzairin Məsilə vilayətinin Tamsa bəlkəsində güclü sel nəticəsində 6 nəfər həlak olub. Vətəndaş Müdafiəsi Baş Direktorluğunun məlumatına görə, Ayn es-Seba vadisində su səviyyəsinin kəskin yüksəlməsi nəticəsində bir avtomobil suya sürüklənib və içindəki sərnişinlər həyatını itirib.
"Bakı Marafonu 2026" start götürüb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan marafon "Küləyə qalib gəl" şüarı altında keçirilir. Yarışa 25 min iştirakçı qeydiyyatdan keçib. Bu il marafon ilk dəfə olaraq tam 42 km 195 metr klassik məsafədə keçirilir. Tədbirdə Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Türkiyə, Ukrayna və digər ölkələrdən qaçışçılar iştirak edir. Marafon bu dəfə idman yarışından daha geniş bir şəhər festivalına çevrilib - konsert proqramı, fan zonası və media nümayəndələrinin geniş iştirakı ilə diqqət çəkir.