Xəbər İcmalı - 03.05.2026

icmal

Saat 15:00 - Xəbər İcmalı

ABD Cumhuriyyətçiləri Almaniyadan əsgər çıxarılmasını tənqid edib

ABD-nin Cumhuriyyətçi konqresmənləri Pentaqonun Almaniyadan 5 min əsgəri geri çəkmə qərarını kəskin şəkildə tənqid ediblər. Qanunvericilər bu addımın NATO-nun müdafiə gücünü zəiflədə biləcəyini və Moskvaya yanlış siqnallar göndərə biləcəyini bildiriblər. Prezident Donald Trampın açıqlamasından sonra mövzu ABD-nin daxili siyasi gündəmində geniş müzakirə doğurub.


Filippin Mayon vulkanı püskürdü, minlərlə insan təxliyə edilib

Filippinin Mayon vulkanı yenidən aktivləşərək geniş miqyaslı təxliyə əməliyyatlarına səbəb olub. Püskürmə nəticəsində çoxsaylı yaşayış məntəqələri kül qatı ilə örtülüb. Rəsmi qurumlar paytaxt Manilanın cənubunda yerləşən rayonlarda sakinləri vulkandan təhlükəsiz məsafəyə çəkilməyə çağırıb.


İran Devrim Mühafizələri Trampı çıxılmaz vəziyyətdə olduğunu iddia edib

İran İslam İnqilabı Keşikçiləri Korpusu ABD Prezidenti Donald Trampın iki seçim arasında qaldığını bəyan edib. Korpusun sözçüsünə görə, Tramp ya "mümkün olmayan hərbi əməliyyat" həyata keçirməli, ya da İranla "zəif razılaşmaya" imza atmalıdır. Bəyanat İranın sosial media kanalları vasitəsilə yayılıb.


"Bakı Marafonu 2026"nın nəticələri açıqlanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 3-də keçirilən "Bakı Marafonu 2026"da türkiyəli idmançı Əhməd Alkanoğlu kişilər kateqoriyasında qalib gəlib. İkinci yeri ukraynalı Vitaliy Şafar, üçüncü yeri isə qırğızıstanlı Yrskeldi Akerov tutub. Alkanoğlu jurnalistlərə açıqlamasında Bakıda birinci olduğu üçün çox xoşbəxt olduğunu bildirib.


İzmir ilə Bakının qardaşlaşmasının 40 illiyi qeyd edilir

Bakı ilə İzmirin qardaş şəhərlər elan edilməsinin 40-cı ildönümü münasibətilə Türkiyədə "Azərbaycan Günləri" tədbirləri başlayıb. Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü ilə təşkil olunan yubiley tədbirlərinin açılış mərasimi İzmir Mədəniyyət Parkı Açıq Hava Teatrında baş tutub.


Asiya İnkişaf Bankı təbii fəlakətlər üçün ilk istiqraz buraxılışını edib

Asiya İnkişaf Bankı (AİB) təbii fəlakətlər halları üçün istiqrazların ilk buraxılışını həyata keçirib. Bu addım Fəlakətlərə Reaksiya üzrə Çoxsəviyyəli Maliyyələşdirmə Proqramı çərçivəsində AİB-in Rəhbərlər Şurasının 59-cu illik toplantısında elan olunub. Təşəbbüsün məqsədi təbii kataklizmlərin nəticələrinin aradan qaldırılması üçün maliyyə mexanizmlərini gücləndirməkdir.