Xəbər İcmalı - 08.05.2026

icmal

Saat 11:00 - Xəbər İcmalı

Azərbaycan maliyyə cinayətləri ilə mübarizədə süni intellektdən istifadəyə başlayıb. Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə "Risk və Dayanıqlılıq Konfransı"nda bildirib ki, maliyyə cinayətlərinin aşkarlanması üçün süni intellekt texnologiyaları tətbiq olunmağa başlanıb. Maliyyə institutlarının avtomatlaşdırılması istiqamətində işlər aparılır.


Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatında 100-cü qolunu vurub. "Əl-Nəsr" klubunun 41 yaşlı hücumçusu XXXIII turda "Əl-Şabab"a qarşı keçirilən matçda (4:2) bu tarixi göstəriciyə çatıb. Portuqaliyalı ulduz 100-cü qolunu cəmi 105 oyunda vurub.


Astronomlar ulduzlararası kometa 3I/ATLAS-da nadir su izləri aşkar edib. Günəş sisteminin xaricindən gələn üçüncü ulduzlararası cisim olan 3I/ATLAS kometasında indiyədək günəş sistemində müşahidə olunmamış su əlamətləri tapılıb. Miçiqan Universitetinin tədqiqatçıları kometanın yarandığı yad mühitə aid məlumatları araşdırır.


Bakıda WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbirinin proqramı açıqlanıb. 2026-cı ilin may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunacaq.


Azərbaycan vətəndaşının Monteneqroda məcburi əməyə məruz qaldığı aşkarlanıb. Bu məsələ Milli Məclisin komitələrinin birgə iclasında müzakirə olunub. Azərbaycan vətəndaşı Monteneqroda tikinti sektorunda məcburi işlədilib. Hadisə insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatında əks olunub.


ABB Özbəkistan bazarına daxil olur. Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib ki, ABB bu ilin ikinci yarısından etibarən "Davr Bank"ı satın almaqla Özbəkistanda fəaliyyətə başlayacaq.