Xəbər İcmalı - 14.05.2026

icmal

Saat 10:00 - Xəbər İcmalı

Trump-Si görüşündə yeni münasibət modeli müzakirə edilir. Pekindəki Böyük Xalq Yığıncağı Sarayında davam edən görüşdə Çin lideri Si Cinpin dünyasının yeni mərhələyə daxil olduğunu bildirərək, iki ölkənin müasir dövrün tələb etdiyi vəzifələrin həllində əməkdaşlığı dərinləşdirməsinin zəruriliyini vurğulayıb. Eyni zamanda, Si Cinpin Tayvan məsələsini Çin-ABŞ münasibətlərində ən həssas mövzu adlandıraraq, bu sahədə yanlış addımların iki ölkə arasında birbaşa toqquşmaya gətirib çıxara biləcəyini bir daha xəbərdarlıq edib. Beləliklə, görüş həm əməkdaşlıq, həm də gərginlik müstəvisində paralel şəkildə davam edir.


Azərbaycan nefti ucuzlaşıb. "Azeri Light" markalı neftin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında bir barrel üçün 0,41 dollar azalaraq 115,52 dollara düşüb. Bu, əvvəlki göstəricidən 0,35 faiz aşağıdır. Qiymət düşüşü Səudiyyə Ərəbistanının neft hasilatının son 36 ilin ən aşağı səviyyəsinə enməsi fonunda baş verir.


Minimum əməkhaqqının artırılması gündəmdə. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov minimum əməkhaqqındakı artımın yalnız aşağı maaş alanları deyil, vahid tarif cədvəlinin bütün pillələri üzrə maaş artışlarını təmin etdiyini bildirib. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışanlar üçün bu məsələnin əhəmiyyəti xüsusilə vurğulanıb.


Süni intellekt köməyi ilə 395 min dollarlıq bitkoin xilas edilib. Bir bitkoin sahibi səkkiz həftə ərzində Blockchain.com hesabının parolunu bərpa etməyə çalışıb və təxminən 3,5 trilyon müxtəlif kombinasiyanı sınayıb. Nəticədə Claude adlı süni intellekt sistemi istifadəçiyə parolu tapmaqda kömək edərək, uzun illər kompüterdə qalan kriptoaktivin geri qaytarılmasını mümkün edib.


FHN Bakıda yanğın təlimi keçirib. Fövqəladə Hallar Nazirliyi Nərimanov rayonunda yerləşən "Şəlalə" MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasında şərti yanğın təlimi həyata keçirib. Təlim Dövlət Yanğın Nəzarəti Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin birgə iştirakı ilə keçirilib.