Xəbər İcmalı - 16.05.2026

icmal

Saat 14:00 - Xəbər İcmalı

İsrail və Lübnan atəşkəsi 45 gün müddətinə uzadıb. ABŞ Dövlət Departamenti İsrail və Lübnanın keçən ay qüvvəyə minən atəşkəs müqaviləsini daha 45 gün müddətinə uzatmaq barədə razılığa gəldiyini açıqlayıb. Departamentin sözçüsü Tommy Piqqott 16 aprel tarixində elan olunan atəşkəsin daha çox tərəqqiyə imkan yaratmaq məqsədilə uzadıldığını bildirib.


Cəbrayıl və Xocalıya növbəti köç həyata keçirilib. Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 18 ailə - 77 nəfər, Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə isə 41 ailə - 179 nəfər köçürülüb. Bu mərhələdə ümumilikdə 74 ailə, 391 nəfər doğma yurdlarına qayıdıb. Köç edən ailələrə evlərinin açarları təntənəli mərasim çərçivəsində təqdim olunub.


Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib. Dövlət başçısı mayın 16-da BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbaxla görüşüb. Görüş zamanı tərəflər Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) təşkili ilə bağlı müzakirələr aparıb.


Çin Mədəniyyət İnqilabının 60-cı ildönümünü qeyd edir. 16 may 1966-cı ildə kommunist lider Mao Zedong tərəfindən başladılan Mədəniyyət İnqilabı ölkəni on il davam edən xaosa sürükləmişdi. Kampaniya Çini kapitalist təsirlər və burjua ideologiyasından təmizləmək məqsədi daşıyırdı. Bu həftə altmışıncı ildönümü münasibətilə tarixi əşyalar gündəmə gəlib.


Çin Taiwan məsələsində ABŞ-dan konkret addımlar gözləyir. Çin Xarici İşlər Naziri Van Yi cümə günü Beyjinqdə keçirilən Şi-Tramp görüşündən sonra mətbuat konfransında çıxış edərək, Taiwan Boğazında sülh və sabitliyin qorunması üçün ABŞ-dan konkret addımlar atmasını gözlədiklərini bəyan edib. Van Yi Taiwan məsələsinin Çinin daxili işi olduğunu vurğulayıb.


Yaponiyanın "Onaqava" AES-inin ikinci enerji bloku dayandırılıb. "Tohoku Electric Power" şirkəti Miyaqi prefekturasında yerləşən atom elektrik stansiyasının turbin binasında radioaktiv maddələr ehtiva edən buxar sızması aşkarlandıqdan sonra ikinci enerji blokunun fəaliyyətini plandankənar texniki baxış üçün dayandırdığını açıqlayıb.