Xəbər İcmalı - 22.05.2026

icmal

Saat 13:00 - Xəbər İcmalı

Lübnanın Sağlıq Nazirliyi İsrailin hücumları nəticəsində ölənlərin sayını açıqlayıb. Nazirliyin məlumatına görə, İsrail ordusunun hücumları nəticəsində ölənlərin sayı 3 min 89 nəfərə, yaralıların sayı isə 9 min 397 nəfərə çatıb. Rəsmi açıqlamada bu hücumların 2 mart tarixindən başladığı və ölkənin müxtəlif ərazilərini hədəf aldığı qeyd olunub.


ABD Prezidenti Donald Trump Polşaya 5 min əlavə amerikan hərbçisinin göndərilməsini elan edib. Trump bu qərarı sosial media hesabı vasitəsilə açıqlayıb və Polşa Prezidenti Karol Nawrocki ilə münasibətlərinə istinad edib. Bu addım NATO-nun şərq cinahında hərbi mövcudluğun gücləndirilməsi istiqamətində atılmış növbəti addım kimi dəyərləndirilir.


Azərbaycan ilə Tacikistan arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb. İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Bakıda keçirilən biznes forumunda bildirib ki, yanvar-aprel dövrində iki ölkə arasında ticarət həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artaraq 8,5 milyon ABD dollarına çatıb.


Türkiyənin Adana şəhərində DEAŞ terror təşkilatının yuxuyan hücrəsinə qarşı əməliyyat keçirilib. 20 may tarixində İl Emniyet Müdürlüyü Terrorla Mübarizə Şöbəsinin əməliyyatında 16 xarici vətəndaş saxlanılıb. Əməliyyata Xüsusi Hərəkat timləri də dəstək verib.


Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rəşadət Piriyevlə vida mərasimi keçirilir. Hərbçi Piriyev Rəşadət Əli oğlunun qalıqları mayın 22-də ailəsinə təhvil verilib. Vida mərasimi Bərdə rayonunun Yeni Daşkənd kəndində baş tutur, şəhidin qalıqları kənd qəbiristanlığında torpağa tapşırılacaq.


ABD Dövlət Katibi Marco Rubio İranla davam edən danışıqlar barədə açıqlama verib. Rubio jurnalistlərə müzakirələrdə bəzi müsbət işarələr müşahidə etdiklərini söyləsə də, həddən artıq nikbin olmamağın vacibliyini vurğulayıb. İsveçdə keçiriləcək növbəti görüşə istinad edən Rubio diplomatik proseslərin davam etdiyini bildirib.