Xəbər İcmalı - 26.05.2026

icmal

Saat 21:00 - Xəbər İcmalı

Moldova MDB-dən çıxır. Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Moldovanın təşkilatdan çıxma prosedurunun rəsmi olaraq başladığını bəyan edib. Moldova artıq bu barədə rəsmi bildiriş təqdim edib. Açıqlama "MDB-nin 35 ili: nəticələr, vəzifələr, perspektivlər" mövzusunda keçirilən dəyirmi masa zamanı edilib.


İran Cumhurbaşkanı Pezeşkiyan bölgə üçün yeni çərçivə təklif edir. İran Cumhurbaşkanı Məsud Pezeşkiyan Katar Əmiri Təmim bin Həməd Al Sani ilə telefon danışığında bölgədə davam edən gərginlikləri aradan qaldırmaq üçün "fərqli bir çərçivə" yaratmağa hazır olduğunu bildirib. Söhbət Qurban Bayramı münasibətilə baş tutub. Bu açıqlama İranın ABŞ hücumlarını atəşkəs pozuntusu adlandırmasının ardınca gəlir və Tehranın diplomatik kanalları da fəal saxladığını göstərir.


ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında gəmiləri müşayiət etməyə başlayıb. Bölgədə artan gərginlik fonunda ABŞ donanması boğazdan keçən gəmilərin təhlükəsiz tranzitinə kömək göstərir. Artıq 2 milyon barel neft daşıyan Yunanıstana məxsus supertankerin keçidinə yardım edilib. Bu addım dəniz ticarət yollarının qorunmasına yönəlib.


Ferrari ilk elektrikli avtomobilini təqdim edib, lakin bazar mənfi reaksiya verib. İtalyan lüks avtomobil istehsalçısının "Nur" adlanan yeni elektrikli modeli 550 min avro qiymətə malik olacaq. Bununla belə, təqdimatın ardıncan şirkətin səhmləri Milano birjasında 8 faizə qədər düşüb və sonradan 6 faiz zərərlə bağlanıb.


Rusiya ABŞ-ın diplomatına viza verməməsini etiraz edib. Rusiyanın BMT yanında Daimi Nümayəndəsi Vassili Nebenzia bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin Birinci Müavini Aleksandr Alimov Nyu-Yorkda keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclasına qatılmaq üçün ABŞ tərəfindən viza ala bilməyib. Moskva bu addımı kəskin şəkildə protesto edib.


Azərbaycandan Ermənistana ixrac həyata keçirilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, mayın 26-da Azərbaycanda istehsal olunan bina və qurğuların istilik izolyasiyası üçün nəzərdə tutulan ekstruziyalı polistrol məhsulları Ermənistana ixrac olunub. Malın dəyəri 5911 ABŞ dolları, çəkisi isə 1 ton 497 kiloqram təşkil edib.