Xəbər İcmalı - 26.05.2026

icmal

Saat 07:00 - Xəbər İcmalı

ABŞ ordusu İranın cənubuna hava zərbələri endirib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın cənub bölgəsində yerləşən hərbi obyektlərə qarşı əməliyyatlar həyata keçirdiyini elan edib. Rəsmi açıqlamada zərbələrin müdafiə məqsədli olduğu vurğulanıb. Hədəflər arasında İranın raket silah kompleksləri, füzə sahələri və dəniz minalarını yerləşdirməyə cəhd edən gəmilər yer alıb. Komandanlığın sözçüsü Yüzbaşı Tim Hokins bu tədbirlərin "qanuni müdafiə" çərçivəsində həyata keçirildiyini bildirib. İranın müxtəlif bölgələrində partlayış səsləri eşidilib.


İsrail Lübnanda hərbi əməliyyatlarını genişləndirir. İsrail Müdafiə Qüvvələri Lübnanın müxtəlif bölgələrində 70-dən çox Hizbullah hədəfinə qarşı hücum təşkil etdiyini açıqlayıb. Bu addım Baş nazir Benyamin Netanyahunun ordusuna Lübnan ərazisinə qarşı fəaliyyətləri artırma əmri verməsindən sonra atılıb. Netanyahu Telegram kanalında yayımladığı videomüraciətdə İsrailin Hizbullah ilə silahlı qarşıdurma vəziyyətində olduğunu bildirib və hərbi təzyiqin daha da güclənəcəyini elan edib. Xatırladaq ki, əvvəlki saatlarda İsrailin atəşkəsi pozaraq Lübnana endirdiyi zərbələr nəticəsində ən azı 9 nəfər həlak olmuşdu.


ABŞ silah ehtiyatlarını bərpa etmək üçün volfram mənbələri axtarır. NBC News-un məlumatına görə, ABŞ İrana qarşı əməliyyatlar zamanı istifadə olunan silah ehtiyatlarını artırmaq məqsədilə volfram mənbələrini fəal şəkildə araşdırır. Bu metal qırıcı təyyarələrin, bunker dağıdan bombaların, zirehdələn mərmilərin və raket sistemlərinin istehsalında əsas komponent kimi istifadə olunur.


Katar 12 milyard dollarlıq təklif barədə xəbərləri təkzib edib. Katar Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ənsari İranla anlaşmaya nail olmaq üçün 12 milyard dollar təklif edildiyi iddiasını rəsmi olaraq yalanladı. Əl-Ənsari bu cür xəbərlərin tamamilə əsassız olduğunu və diplomatik proseslərə zərər verdiyini bildirdi.


Bolqarıstanda NATO-nun genişmiqyaslı hərbi təlimləri keçiriləcək. NATO mayın 26-dan iyunun 13-dək Bolqarıstan ərazisində "Strike back" adlı təlimlər təşkil edəcək. Bolqarıstanın Müdafiə Nazirliyi bu barədə rəsmi açıqlama yayıb. Təlimlərdə Bolqarıstan, Rumıniya, ABŞ və Türkiyənin quru qoşunları fəal iştirak edəcək.


Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə respublikanın müxtəlif bölgələrinə yerləşmiş 110 ailə, cəmi 417 nəfər doğma yurdlarına qayıdıb. Köçürülən ailələr əvvəllər yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti yaşamışdılar. Qayıdan sakinlərə dövlət tərəfindən zəruri dəstək göstərilib.