
6 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Çexiyanın paytaxtı Praqada cüdo üzrə Avropa çempionatı start götürüb.
Yarışın ilk günündə Azərbaycanın 6 idmançısı mübarizə aparacaq. Kişilərin yarışında 2, qadınlarda isə 4 cüdoçumuz medallar uğrunda qüvvəsini sınayacaq.
Avropa çempionatı
Kişilər
66 kq
Kişilərin mübarizəsində 66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə 1/16 finalda Moldova, Orxan Səfərov isə italiyalı idmançı ilə qarşılaşacaq.
Qadınlar
48 kq
1/8 final mərhələsində Aişə Qurbanlı Distria Krasniç (Kosovo), Leyla Əliyeva Katarina Mentsi (Almaniya) ilə qüvvəsini sınayacaq.
52 kq
Mübarizəyə 1/16 finaldan başlayan Gültac Məmmədəliyeva Tetyana Levitska-Şukvani (Gürcüstan) ilə qarşılaşacaq.
57 kq
Təmsilçimiz Aleksandra-Larisa Florian 1/8 finala çıxmaq üçün Sanne Verhageni (Niderland) məğlub etməyə çalışacaq.
Oxşar xəbərlər

Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan v...
Son Xeberler

Qarabağdakı terrorçularla mübarizəyə hazırıq -
Son Xeberler

Müdafiə Nazirliyi erməni təxribatı ilə bağlı məlum...
Son Xeberler

Paracüdoçumuz Avropa çempionu oldu
Ən Son Xəbərlər

Azərbaycan klubları Avropa Liqasında mübarizəyə ba...
İdman Xəbər

Bu il Məhərrəmlik ayı nə vaxt bitəcək?
Bugun.az