
İdman Xəbər
1 abunə
Almaniyalı baş məşqçi azərbaycanlı futbolçunu bağışlamağa tələsmir
16.06.2020 11:59
542 baxış sayı
2 dəq. oxuma

Rusiyanın "Spartak" klubunun baş məşqçisi Domeniko Tedesko bir müddət öncə əvəzedici heyətə göndərdiyi azərbaycanlı futbolçu Ayaz Quliyevi hələlik əsas komandaya qaytarmağı düşünmür.
Bu barədə almaniyalı mütəxəssis yerli "Sport24" nəşrinə geniş müsahibəsində deyib.
O bildirib ki, bu məsələ gündəmdə deyil: "Ayazla problemimiz oldu. Hazırda o, əsas komandada deyil. Amma klub daxilində baş verənlər içəridə qalmalıdır. Bunu ictimaiyyətə açıqlamırıq. Futbolçunun indi qayıtmasını planlaşdırmırıq. Lakin hər şey mümkündür. Qapılar hər zaman açıqdır. Bu, bizim üçün problem deyil".
Qeyd edək ki, Ayaz Quliyev məşq vaxtı fiziki hazırlıq üzrə məşqçi Vladimir Çipzanoviçlə münaqişəyə girdiyi üçün "Spartak"ın əvəzedici komandasına göndərilib.
Oxşar xəbərlər

Rəşad Sadıqov karyerasını başa vurdu
İdman Xəbər
483
20/06 18:49

Türk məşqçinin azərbaycanlı xələfi bilindi
İdman Xəbər
468
23/09 17:00

Van Nistelroy baş məşqçi oldu
Son Xeberler
479
07/01 16:28

“Barselona” yeni baş məşqçisinin adını açıqladı -
İdman Xəbər
576
19/08 10:36

“Neftçi”də yeni məşqçi təyinatı
İdman Xəbər
569
09/07 19:49

Şenol Güneş və futbolçuları karantinə alındı
Son Xeberler
490
12/11 13:12