🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Avro-2020”: Bakıda keçiriləcək oyunların vaxtı açıqlandı

17.06.2020 16:35 449 baxış sayı 2 dəq. oxuma
“Avro-2020”: Bakıda keçiriləcək oyunların vaxtı açıqlandı

Futbol üzrə Avropa Çempionatının (“Avro-2020”) təqvimi açıqlanıb.

Gələn ilə planlaşdırılan çempionata Bakı, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək.

Belə ki, “A” qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə oyunları, həmçinin dörddəbir final mərhələsinin bir matçı Bakı Olimpiya Stadionunda baş tutacaq.

Bu gün qəbul olunmuş qərara əsasən, İsveçrə-Uels oyunu iyunun 12-də, Türkiyə-Uels qarşılaşması ayın 16-da, Türkiyə-İsveçrə matçı iyunun 20-də təşkil olunacaq.

Bundan başqa, Bakıda keçiriləcək dörddəbir final mərhələsinin bir görüşü iyulun 3-nə təyin olunub.

Qeyd edək ki, futbol üzrə Avropa Çempionatı gələn il iyun ayının 11-dən iyulun 11-dək keçiriləcək.


Paylaş: