
İdman Xəbər
1 abunə
Azərbaycan Premyer Liqası klublarının növbəti sınağı - AFİŞA
13.06.2020 06:21
685 baxış sayı
3 dəq. oxuma

Bu gün Azərbaycan Premyer Liqasında çıxış edən 6 klub növbəti dəfə yoxlama oyunları keçirəcək.
Günün iki qarşılaşması eyni saatda start götürəcək.
Koronavirus pandemiyası ilə bağlı fasilədən sonra ilk sınaq matçında "Keşlə"yə 3:1 hesabı ilə qalib gələn "Neftçi" "Bakcell Arena"da "Qəbələ"ni qəbul edəcək. Görüş saat 19:00-da başlayacaq.
Əvvəlki oyunda "Qarabağ"a 0:5 hesabı ilə uduzan "Sabah"ın budəfəki rəqibi "Zirə" olacaq. "Bank Respublika Arena"dakı matçın da başlama saatı 19:00-dır.
Günün son qarşılaşmasında isə "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Səbail"lə üz-üzə gələcək. Görüş saat 19:30-da start götürəcək.
Qeyd edək ki, bu günə "Sumqayıt" və "Keşlə" komandaları arasında da yoxlama oyunu nəzərdə tutulsa da, sonuncular oynamaqdan imtina etdiyi üçün görüş baş tutmayacaq.
13 iyun
Yoxlama oyunları
19:00. "Neftçi" - "Qəbələ"
"Bakcell Arena"
19:00. "Sabah" - "Zirə"
"Bank Respublika Arena"
19:30. "Qarabağ" - "Səbail"
Tofiq Bəhramov adına Respubliika Stadionu
S
Şahmat müxbiri
Şahmat və zehin idmanları haqqında yazıram. Azərbaycanın bu sahədə güclü ənənələri var və izləməyə dəyər.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bu gün Azərbaycan Premyer Liqasının aqibətinə aydı...
İdman Xəbər
590
18/06 05:43

UEFA növbəti dəfə Azərbaycan klublarına pul ödədi
SON Xəbər
854
19/05 17:40

Çempionlar liqasında bu gün oynanılacaq qarşılaşma...
Canlı Futbol Azərbaycan
32
16/09 15:05

“Zirə” liderliyə yüksəldi
Bugun.az
23
19/09 18:25

Misli Premyer Liqası: VIII Turun Son Oyunları
Son Xeberler
217
29/09 11:25

Rövnəq Abdullayev italiyalı məşqçi ilə görüşdü -
Son Xeberler
565
19/08 15:21



