“Barselona”nın prezidenti Messiyə görə həbs oluna bilər

01.09.2020 15:34 643 baxış sayı 2 dəq. oxuma
“Barselona”nın prezidenti Messiyə görə həbs oluna bilər

İspaniyanın “Barselona” futbol klubunun prezidenti Xosep Bartomeu həbs oluna bilər.

“Matchtv” xəbər verir ki, bu iddianı tanınmış ispaniyalı jurnalist Gilerme Balage irəli sürüb.

“Əgər X.Bartomeu L.Messini ucuz qiymətə satsa, növbəti prezident onu klubun aktivləri ilə pis idarə etməkdə ittiham edə bilər. Bu, onun öz cibindən böyük pul xərcləməsi və hətta həbsi ilə bitə bilər! Buna görə də, X.Bartomeu L.Messinin klubu tərk etməməsi üçün sona qədər mübarizə aparmalıdır”, jurnalist öz “Twitter” səhifəsində yazıb.

Qeyd olunur ki, klub L.Messinin dəyərini 700 milyon avro qiymətləndirir.

L. Messinin Kataloniya klubu ilə müqaviləsi 2021-ci ilin yay ayında bitir.

 
R
İdman redaktoru

Futbol mənim həyatımdır. Uşaqlıqdan bəri stadionlara gedirəm. İndi isə bu barədə yazmaq şansım var. Yerli çempionat və milli komandanı izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: