
“Böyük qürurla Ağdamda ilk oyunu gözləyirik” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Ağdamın işğaldan azad olunması ilə bağlı fikirlərini bölüşüb.
Ağdam klubunun çalışdırıcısı bunları söyləyib:
“Bu gün bizim üçün çox böyük bir gündür. İllərdir həsrətini çəkdiyimiz torpaqlara geri dönürük və klub olaraq təmsil etdiyimiz Ağdam şəhəri artıq bu gün işğaldan azad olunur. İnanıram ki, komandanın həm kapitanı, həm baş məşqçisi olmuş Allahverdi Bağırov və digər şəhidlərimizin ruhu şaddır. Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik.
Bir daha başda cənab Ali Baş Komandan olmaqla ordumuza bizə bu hissləri yaşatdığı üçün təşəkkür edirəm”.
Futbol mənim həyatımdır. Uşaqlıqdan bəri stadionlara gedirəm. İndi isə bu barədə yazmaq şansım var. Yerli çempionat və milli komandanı izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ağdamda “Yallı” rəqsi ifa edən əsgərlərimiz -
Son Xeberler

Şəhid gizirimizin Narın yadigarı -
Son Xeberler

“Taxt-tac oyunu” serialının məşhur aktrisası vəfat...
Son Xeberler

“Real” “Atalanta”ya qarşı -
İdman Xəbər

Bakı metrosu fəaliyyətini bərpa edir? -
Son Xeberler

Makronun İslam dini ilə bağlı çıxışına Ərdoğandan...
Son Xeberler



