"Çelsi" türkiyəli qapıçını 33 milyona transfer etdi - İDDİA

12.07.2020 11:24 631 baxış sayı 1 dəq. oxuma
"Çelsi" türkiyəli qapıçını 33 milyona transfer etdi -

"Çelsi" klubu heyətinə yeni futbolçu qatıb.

London təmsilçisi "Trabzonspor"un qapıçısı Uğurcan Çakırla anlaşıb. İddiaya görə, "zadəganlar" 24 yaşlı əlcək ustası üçün qarşı tərəfə 33 milyon avro ödəyib.

Bu keçidin reallaşmasında İngiltərə klubunun köməkçi məşqçisi, bir zamanlar "Çelsi"nin şərəfini qorumuş Eddi Nuytonun böyük rolunun olduğu bildirilir.

Qeyd edək ki, "Çelsi"nin bu yay qapıçısı Kepa Arrisabalaqa ilə yolları ayıracağı gözlənilir.

 

C
Motor idmanları müxbiri

Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.

Bütün məqalələrə baxın
Paylaş: