
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat aldı

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev bu mövsüm UEFA-dan ilk təyinatını alıb.
33 yaşlı beynəlxalq dərəcəli hakim Rumıniyaya yollanacaq. O, sentyabrın 24-də yerli "Styaua" və Çexiyanın "Slovan" (Liberets) komandaları arasındakı Avropa Liqasının III təsnifat mərhələsinin oyununu idarə edəcək.
Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli yan xətt, Orkhan Məmmədov isə dördüncü hakim qismində yardımçı olacaq.
İsrailli Şmuel Şteyf hakim-inspektor, gürcüstanlı Bakar Jordaniya UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Curcu şəhərindəki Marin Anastasoviçi adına stadionda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.
Futbol mənim həyatımdır. Uşaqlıqdan bəri stadionlara gedirəm. İndi isə bu barədə yazmaq şansım var. Yerli çempionat və milli komandanı izləyirəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Əliyar Ağayev Avroliqa matçına təyinat aldı
İdman Xəbər

Əliyar Ağayev DÇ-2026-da təyinat aldı
Bugun.az

Əliyar Ağayev UEFA Çempionlar Liqasında Oyun Hakim...
Son Xeberler

Azərbaycanlı hakimlər pley-off oyunlarına təyinat...
Bugun.az

AFFA əməkdaşı “Qalatasaray”ın oyununa təyinat aldı...
Bugun.az

Əliyar Ağayev Çempionlar Liqasında Hakimlik Edəcək
Bugun.az