İngiltərə liqasında daha 6 nəfərdə koronavirus aşkarlandı

11.06.2020 06:13 676 baxış sayı 2 dəq. oxuma
İngiltərə liqasında daha 6 nəfərdə koronavirus aşkarlandı

İngiltərə Futbol Liqası (EFL) yeni koronavirus testlərinin nəticələrini açıqlayıb. 


EFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, testdən Çempionşipdəki 24 klubun 1192 nümayəndəsi keçib. Onlardan 6-da nəticə müsbət olub. Adları açıqlanmayan həmin şəxslərin hamısı özlərini təcrid edib. 


Çempionşipdə 108 oyun və 3 - 7-ci yerləri tutacaq komandalar arasında ənənəvi pley-off qarşılaşmaları qalıb. Görüşlər azarkeşsiz keçiriləcək. Mövsüm iyunun 20-də bərpa olunacaq. 


Qeyd edək ki, daha əvvəl İngiltərə Premyer Liqasında yoxlamaların 7-ci dalğası gerçəkləşib. Bütün futbolçular və klub nümayəndələrinin iştirak etdikləri testlərin nəticəsində yalnız 1 müsbət hal üzə çıxıb. 

Tibb müxbiri

Tibb və səhiyyə xəbərləri üzrə ixtisaslaşmışam. Tibb bacısı kimi işlədikdən sonra jurnalistikaya keçdim.

Bütün məqalələrə baxın
Paylaş: