Mahir Emreli yığmadan kənarlaşdırıldı

06.09.2020 18:21 677 baxış sayı 1 dəq. oxuma
Mahir Emreli yığmadan kənarlaşdırıldı

Yığma komandamızın hücumçusu Mahir Emreli millinin heyətindən kənarlaşdırılıb.

AFFA-nın rəsmi saytında yer alan xəbərə görə, UEFA Millətlər Liqasının qrup mərhələsində sentyabrın 5-də keçirilmiş Azərbaycan – Lüksemburq oyununda qırmızı vərəqə almış Mahir Emrelinin millimizin sentyabrın 8-də Kipr yığması ilə keçiriləcək səfər oyununa yollanacaq heyətdə yer almayacağı bildirilib.

Qeyd edək ki, M.Emreli millimizin Lüksemburqa 1:2 hesabı ilə uduzduğu oyunun 26-cı dəqiqəsində birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

N
Olimpiya idmanları müxbiri

Olimpiya idman növləri və idmançıların hekayələrini danışmağı xoşlayıram. Qadın idmanının inkişafı mənim ürəyimə yaxın mövzudur.

Bütün məqalələrə baxın
Paylaş: