Messi ardıcıl 20 qol vuran ilk futbolçu olub

14.06.2020 05:04 599 baxış sayı 1 dəq. oxuma
Messi ardıcıl 20 qol vuran ilk futbolçu olub

İspaniya La Liqasının 28-ci turunun matçında "Malyorka" "Barselona"nı qəbul edib.


Görüş "İberostar" stadionunda keçirilib və qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.


Qeyd edək ki, qarşılaşmadakı sonuncu qolu Linel Messi vurub. O, bu matçdakı qolu və iki məhsuldar ötürməsi ilə növbəti nailiyyəti ilə seçilib. Belə ki, Messi İspaniya çempionatının 12 mövsümündə ardıcıl azı 20 qol vurmağı bacarmış yeganə futbolçu olub. 

S
Şahmat müxbiri

Şahmat və zehin idmanları haqqında yazıram. Azərbaycanın bu sahədə güclü ənənələri var və izləməyə dəyər.

Bütün məqalələrə baxın
Paylaş: