
Messidən növbəti rekordlar

Barselona"nın kapitanı Lionel Messi yeni rekordlara imza atıb.
Argentinalı forvard komandasının 5:0 hesabı ilə qalib gəldiyi "Alaves"lə qarşılaşmada 2 qol, 1 məhsuldar ötürmə ilə buna nail olub.
Messi ilk qolun ötürməsini verərək, cari mövsüm assist sayını 21-ə çatdırıb. Bununla sabiq komanda yoldaşı Xavi Ernandesə məxsus (2008/09) 20 məhsuldar ötürmə rekordunu yeniləyib və La Liqa tarixinə düşüb.
Matçda dubl etməklə qol sayını da 25-ə yüksəldən Leo digər keçmiş komanda yoldaşı Tyerri Anrinin rekordunu qırıb. Fransalı "Arsenal"da olarkən 2002/03 mövsümündə 24 qol, 20 assistə imza atmışdı. Argentinalı isə mövsümü 25 qol, 21 assistlə tamamlayıb. Bununla Messi XXI əsrin ən unikal göstəricisini yeniləyib.
Argentinalı superulduz eyni zamanda ardıcıl 11-ci mövsüm çempionatı minimum 25 qolla tamamlayıb ((2009/10 - 34 qol, 2010/11 - 31, 2011/12 - 50, 2012/13 - 46, 2013/14 - 28, 2014/15 - 43, 2015/16 - 26, 2016/17 - 27, 2017/18 - 34, 2018/19 - 36, 2019/20 - 25). O, cari mövsüm bütün turnirlərdə keçirdiyi 42 oyunda 30 qol, 26 assitlə yadda qalıb.
Əvəzində "Barselona" son illərin ən uğursuz nəticəsini göstərib. Mövsümü 82 xalla 2-ci pillədə bitirən kataloniyalılar son 12 ildə ən az xal toplayıblar.
Oxşar xəbərlər

Kadırovun Oğlu Rusiya Rekordlar Kitabına Düşdü
Son Xeberler

Azərbaycan Hava Yolları Guinnesin Rekordlar Kitabı...
Texnologiya xəbərləri

Messidən daha bir rekord
İdman Xəbər

Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu
Son Xeberler

Prezident Azərbaycanın üçrəngli Bayrağını ucaldıb...
Bugun.az

"Ən böyük dodaqlar"ın sahibi ölü tapıldı
Xəbər Anı