"Neftçi" Baqali Dabo ilə bağlı sanksiya verdi

17.06.2020 12:26 576 baxış sayı 2 dəq. oxuma
"Neftçi" Baqali Dabo ilə bağlı sanksiya verdi

"Neftçi" klubunun rəhbərliyi futbolçu Baqali Dabonun sosial şəbəkədəki davranışını ciddi şəkildə nəzarətə götürüb. 

Klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Neftçi” ailəsinə qarşı bu cür hörmətsizlik qəbuledilməz hesab edilib.

Ötən gün ərzində məsələ ilə bağlı intizam dinləməsi keçirib və futbolçuya davranışına görə öz mövqeyini bildirmək imkanı yaradıb. 

Aparılan müvafiq müzakirələrdən sonra heç bir əsaslandırma olmadığına görə artıq futbolçuya qarşı maliyyə sanksiyasını tətbiq etmək haqqında qərar qəbul olunub. Həmçinin məşqçilər korpusunun rəyi əsasında, futbolçu təxirə salınan futbol mövsümünün qalan hissəsi üçün komandanın planlarına daxil olmadığına görə qüvvədə olan müqavilənin başa çatdığı günə – 30 iyun 2020-ci il tarixinə qədər fərdi məşqlərlə kifayətlənəcək.

C
Motor idmanları müxbiri

Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.

Bütün məqalələrə baxın
Paylaş: