
Neymar Braziliya millisinin heyətindən çıxarıldı

Fransa çempionu PSJ-nin hücumçusu Neymar Braziliya millisinə kömək edə bilməyəcək.
UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunun Türkiyə “Başakşəhər”i ilə matçında (2:0) bud əzələsindən zədələnən 28 yaşlı hücumçu noyabrın ikinci yarısında sıraya dönəcək.
Təcrübəli oyunçu bu səbəbdən, millinin DÇ-2022-nin seçmə mərhələsində Venesuela və Uruqvayla keçirəcəyi qarşılaşmaları buraxacaq. O, artıq yığmanın heyətindən çıxarılıb. Bu barədə Braziliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Braziliya noyabrın 14-də Venesuela, noyabrın 18-də isə Uruqvayla qarşılaşacaq.
Neymar Braziliya millisinin heyətindən çıxarıldı.
Olimpiya idman növləri və idmançıların hekayələrini danışmağı xoşlayıram. Qadın idmanının inkişafı mənim ürəyimə yaxın mövzudur.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Qarabağ Futbolçusu Millinin Heyətindən Çıxarıldı
Bugun.az

Dembele Fransa millisinin heyətindən çıxarıldı
Bugun.az

Azərbaycan millisinin voleybolçusu Braziliya çempi...
Bugun.az

Ronaldo əsrin ən yaxşı futbolçusu seçildi
Son Xeberler

Çempionlar Liqası: Neymar həftənin ən yaxşı futbol...
Son Xeberler

Azərbaycan millisinin FIFA reytinqindəki mövqeyi d...
İdman Xəbər



