
"Qalatasaray"dan tarixi qərar!

"Qalatasaray" klubunu yay transfer pəncərəsi dövründə çətin günlər gözləyir.
"Cimbom"un transfer büdcəsi 80 milyon avrodan 60 milyon avroya endiriləcək.
Bu təqdirdə İstanbul təmsilçisi komandada çıxış edən Diaqne və Babel kimi oyunçuları satışa çıxaracaq.
"Sarı-qırmızılılar" həmçinin, Falkao, Fequli və Belhanda kimi əsas oyunçularını da satmağı düşünür. Baş məşqçi Fatih Terim sözügedən futbolçuların satılmasına razılıq verib.
İddiaya görə, "Qalatasaray"ın "Qaziantep"lə bərabərliyə razılaşdığı (3:3) oyundan sonra çempionluq yolunda ağır zərbə alması ulduz futbolçuların dəyərini aşağı salıb.
Ancaq indiyə qədər "Qalatasaray"a sözügedən oyunçuları transfer etmək üçün bir təklif belə gəlməyib.
Etiketlər
Oxşar xəbərlər

"Qalatasaray" səfərdə "Trabzonspor"u məğlub etdi -...
Son Xeberler

"Qalatasaray" Avropa Liqası ilə vidalaşdı
Bugun.az

"Qalatasaray" qələbə qazandı
Bugun.az

"Qalatasaray"a ard-arda müjdə - Tarixi transfer r...
Bugun.az

“Qalatasaray” “Fənərbağça”nı səfərdə məğlub etdi
Son Xeberler

"Qalatasaray"ın ulduzu tarixi kluba gedir - Böyük...
Bugun.az